Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
14 Avqust , 2019
Həyatı
Əjdər Həmidov 14 avqust 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynamışdır.

Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanmışdır.

Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaratmışdır.

Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaratmışdır. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirmişdir.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[2] 30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə[4], 6 may 2016-cı ildə[5], 1 may 2017-ci ildə[6], 9 may 2018-ci ildə[7] və 10 may 2019-cu ildə[8] Prezident Mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları
Şeytan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə)
1-ci kafir ("Burlaxatun", Nəbi Xəzri)
Daşdəmir ("Bu dünyanın adamları", Hidayət)
Vanya Koxa ("Hökmdar və qızı", İlyas Əfəndiyev)
Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə)
Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…", Ramiz Novruz)
Dito ("Kaş araba aşmayaydı", O. İoseliani)
Nəcəf ("Qürbətdən gələn məktublar", Həsən Həsənov)
Vasa dayı ("Nazirin xanımı", Branislav Nuşiç)
Almurad ("Mənim günahım", İlyas Əfəndiyev)
Polis ("Generalın son əmri", Vaqif Səmədoğlu)
Hacı Kazım ("Ölülər", Cəlil Məmmədquluzadə)
Balarza ("Almaz", Cəfər Cabbarlı)
Filmoqrafiya
Aramızda qalsın (film, 2011-2013) (bədii serial)
Azarkeş (film, 2008)
Canavar balası (film, 1997)
Dünən, bu gün, sabah (film, 1992)
Gənc qadının kişisi (film, 1988)
Girişmə, öldürər! (film, 1990)
Hacı Qara (film, 2002)
Hər şey yaxşılığa doğru (film, 1997)
Heydər Əliyev (film)
Kişi sözü (film, 1987)
Lətifə (film, 1989)
Məhəllə (film, 2003)
Mənim ağ şəhərim (film, 1994)
Milli bomba (film, 2004)
Sahilsiz gecə (film, 1989)
Şirin bülbül (film, 2000)
Təlatüm (film, 2006)
Tənha durna uçuşu (film, 2003)
Yerlə göy arasında (film, 1999)
Yoxlama (film, 2006)