Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
1 Oktyabr , 2019
Oktyabrın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının və 3 saylı filialının əməkdaşları "Beynəlxalq Ahıllar günü" ilə əlaqədar olaraq, Cəbrayıl rayon Balyand kənd sakini 75 yaşlı Güleyşə Kərim qızı İmanovanı ziyarət etdilər.
Onlar ahılı bayram münasibətilə təbrik edib, əhalinin bu təbəqəsinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində görülən işlərdən danışıblar.
Sonda xatirə şəkilləri çəkildi.
Foto Qalereya