Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
27 Noyabr , 2019
Noyabrın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında“ Dünya azərbaycanlılarının həmrəylik günü” ilə əlaqədar hesabat xarakterli tədbir təşkil olundu.
Tədbirdə Dünya Kazakların Qramaski Təşkilatının Ukrayna “Zaparoji Kazakları”-nın Getmanının Azərbaycan üzrə nümayəndəsi Kazak Marşalı Üzeyir Vahabov , “Antalya Azerbaycan Kültür Eğitim ve Dayanışma” Derneğinin üzvü, Türkiyə dövlətində Azərbaycan diasporasının üzvü Ceyran Səttarova, yazıçı-publisist, tərcüməçi, ehtiyatda olan hərbçi, “Qürur İB”-nin icarçı drektoru  Azər Hacıbəyli, “Xudafərin” qəzetinin baş redaktoru Şakir Albalıyev iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova qonaqları salamladı və bildirdi ki, Dünyada Artıq 23 ildirki 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.Dünya Azərbaycanlılarının Həmrəylik Günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
Yazıçı-publisist, tərcüməçi, ehtiyatda olan hərbçi, “Qürur İB”-nin icraçı direktoru  Azər Hacıbəyli ölkəmizin maraqlarının xaricdə müdafiə olunması, xüsusilə də Ermənistanın Azərbaycana qarşı zaman-zaman həyata keçirdiyi işğalçılıq və soyqırım siyasətinin ifşa edilməsində həmvətənlərimizi, əsasən də xaricdə təhsil alan tələbələrimizi fəal olmağa çağırmış və bu istiqamətdə səfirliklər tərəfindən də lazımi dəstək göstərilə biləcəyini diqqətə çatdırıb.
Kazak Marşalı Üzeyir Vahabov müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirələrini ehtiramla yad etdi və daha sonra, Azərbaycan, Kazak və Ukrayna xalqları arşındakı dostluq əlaqələrinin inkişaf etdirilməsindən, həmrəylik nümayişi zəminində apardığı səmərəli fəaliyyətindən danışdı.
Daha sonra Ceyran Səttarova çıxşında 2012-ci ildən fəliyyət göstən “Antalya Azerbaycan Kültür Eğitim ve Dayanışma” Derneğinin fəaliyyətindən danışdı. Dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm addımlar atılmağının vacibliyindən danışdı.
Tədbirin sonunda Dünya Kazakların Qramaski Təşkilatının Ukrayna “Zaparoji Kazakları”-nın Getmanının Azərbaycan üzrə nümayəndəsi Kazak Marşalı Üzeyir Vahabov, tədbiri təşkil edən əməkdaşları fəxri fərmanla mükafatlandırdı.
Foto Qalereya