Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
17 Yanvar , 2020
Yanvarın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin uşaq şöbəsinin əməkdaşları, Xətai rayon 95 saylı tam orta məktəbin şagirdləri ilə “Şəhidlər Xiyabanı”nı ziyarət etdilər və məzarlar üzərinə gül dəstələri qoydular.
1990-cı il qanlı Yanvar faciəsindən 30 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub. Şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il insan axını Şəhidlər xiyabanına üz tutur. Bu il də yüz minlərlə insan şəhidlərimizi yad edirlər.
.Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Foto Qalereya