Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
21 Yanvar , 2020
Yanvarın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Azadlıq fədailəri” adlı tədbir təşkil olundu.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.
Sonra “20 Yanvar faciəsi” zamanı qətlə yetirilmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova qeyd etdi ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi Respublikamızın hər yerində hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.
Daha sonra Xətai rayon MKS-inin baş kitabxanaçısı Ağgül Mərdanova 20 yanvar faciəsi haqqında ətraflı məlumat verdi və faciəsinin otuzuncu ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını oxudu.
.Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Respublikasının ilk qadın əməkdar, hərbi jurnalisti Əntiqə Qonaq bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu qeyd etdi, xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, sovet qoşunlarının dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsindən danışdı və bu faciədə həlak olan və yaralanan həmvətənlilərimiz haqqında statistik məlumat verdi.
Daha sonra tədbirdə çıxış edən natiqlər bu dəhşətli qətl-qiyamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışdılar.
Tədbir zamanı “20 Yanvar faciəsi” ni əks etdirən film və Xətai rayon məktəblilərinin hazırladıqları bədii kompozisiya nümayiş olundu.
Foto Qalereya