Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
3 Fevral , 2020
Yanvarın 31-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayonu MKS-nin Mərkəzi kitabxanasında 02 fevral – Gəncləri günü münasibətilə “Gənc istedadlar” başlığı altında tədbir keçirildi.
Xətai rayonu MKS-nin və Xətai rayon üzrə Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə iş üzrə Asudə Vaxt Mərkəzi ilə keçirilən tədbirdə, Xətai rayon Gənclər və İdman İdarəsinin, Xətai rayonu üzrə Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə iş üzrə Asudə Vaxt Mərkəzinin, Xətai rayonu MKS-nin əməkdaşları və gənc rəssamlar, şairlər, Bakı Xoryaqrafiya məktəbinin tələbələri iştirak etdilər.
Tedbirdə gənc rəssamların əl işləri nümaiş olundu. Gənc şair Ziya Şükürovun şeirləri dinlənildi və Bakı Xoryaqrafiya məktəbinin tələbəsi Arzu Əsədova rəqslər təqdim etdi.
Tədbirin sonunda gənc istedadlar fəxri fərmanlarla mükafatlandırıldı.
Foto Qalereya