Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
21 Fevral , 2020
Bu gün beynəlxalq ana dili günü kimi qeyd olunur. Azərbaycan Respublikasının səkkiz milyonluq
əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dili İran İslam Respublikasında
yaşayan soydaşlarımızın da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində də
azərbaycanlılar yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq,
bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar.
Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.
Dil hər bir millətin maddi, mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.
Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.