Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
24 Fevral , 2020
Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları Xətai rayon 95 saylı tam orta məktəbdə 21 Fevral Beynəlxalq Ana Dili günü ilə əlaqədar “Azərbaycan dilim” adlı tədbir təşkil etdilər.
Tədbirdə filalogiya elmi üzrə fəlsəfə doktoru Tahir Şirvanlı, Xətai rayon 95 saylı tam orta məktəbin müəllim, şagird kollektivi və Xətai rayon MKS-nin əməkdaşları iştirak etdilər.
Tədbiri məktəblilər Şah İsmayıl Xətainin vəsiyyəti ilə açdılar. “Sizə torpağı, dilimizi, dinimizi qorumağa əmanət edirəm.”
Daha sonra Xətai rayon MKS-nin sistem inzibatçısı Sevinc Musayeva çıxış edərək qeyd etdi ki, Bu tədbir çox maraqlıdır, ona görə ki, doğma dilimiz, ana dilimizə Azərbaycan dilinə həsr olunmuş tədbirdir.Bu o dildir ki, analarımız bizə beşik başında həzin laylanı bu dildə demişlər. Ana dilimiz ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyidir.Mənim Ana dilim Azərbaycan dilidir. Bu dil bizi dünyaya gətirən Anamızın dilidir, üzərində boy atıb böyüdüyümüz Vətənimizin dilidir. Azərbaycan Respublikasının dövlət dilidir...
Sonra söz filalogiya elmi üzrə fəlsəfə doktoru Tahir Şirvanlıya verildi.O çıxışında Azərbaycan dilinin mükəmməliyindən, mədəniliyindən, zənginliyindən bəhs bəhs etdi. Görkəmli şəxsləri, filoloqların, yazıçıların, şairlərin dilimiz haqqında dediklərini şagirdlərin və tədbir iştirakçıların nəzərinə çatdırdı.
Tədbir zamanı məktəblilər ana dilimizə həsr olunmuş əbədi-bədii kompazisya nüyaşiş etdirdilər.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.
Foto Qalereya