Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
26 Fevral , 2020
Fevralın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Xocal faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocal harayı”adlı tədbir təşkil olundu.
Tədbirdə Xətai rayon MKS-nin əməkdaşları, Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” fakultəsinin müəllim və tələbələri, AYB-nin üzvü, “İki sahil” qəzetinin müxbiri Vəli İlyasov, QMƏV və ŞA İctimai Birliyinin Xətai rayon şöbəsinin sədr müavini Mehman Məmmədov, Qarabağ Müharibəsi veteranı Elçin Manafov, Xətai rayon 64 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.
Tədbir faciə qurbanlarının əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirin aparıcısı Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova Xocalı soyqırımının 28-ci ildönümünə haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamını səsləndirdi və Xocal soyqırımı zamanı həlak olan və əsir düşən həmvətənlərimiz haqqında statistik məlumat verdi.
Sonra Xocalı faciəsinə həsr olunmuş slayd nümayiş olundu.
Çıxış edən natiqlər qeyd etdilər ki, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Tədbir sonunda çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova bildirdi ki, Biz ümid edirik və inanırıq ki, işğalda olan torpaqlarımız müharibə yolu ilə deyil, Pespublikamızın Prezidenti, Ali Baş Komandamız cənab İlham Əliyevin güclü siyasəti nəticəsində məhz sülh yolu ilə azad olunacaq!
Tədbir zamanı Xətai rayon 64 saylı tam orta məktəbin şagirdləri və BDU-nin tələbələri vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər.
Foto Qalereya