Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
26 Fevral , 2020
Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları və Xətai rayon 95 saylı tam orta məktəbin şagirdləri Şəhidlər Xiyabanında uyuyan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qəbrini ziyarət etdilər.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir.
Xətai rayon MKS-nin əməkdaşları və Xətai rayon 95 saylı tam orta məktəbin şagirdləri şəhidin qəbrinə tər qərənfillər düzdülər.
Foto Qalereya