Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
27 Fevral , 2020
Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları Laçın rayon 28 saylı tam orta məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etdilər.
Azərbaycan dövlət himni ilə başlayan tədbirdə daha sonra faciə şəhidlərinin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Elçin Hüseynbəylinin Xocalı qətliamından bəhs edən "Firuzə qaşlı xəncər" hekayəsinin motivləri əsasında hazırlanan tamaşa nümayiş edildi, Xocalıya həsr olunmuş mahnılar, şeirlər səsləndi.
Xətai rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova öz çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. 2008-ci ildə isə Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb.
Sonda məktəbin direktoru Nofəl İsmayılov çıxışında tədbirin məqsədinin şagirdlərə tariximizi, qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaqdan ibarət olduğunu bildirdi.
Foto Qalereya